Hematologiya

29.04.2026Sağlamlıq məqalələri

Dəmir çatışmazlığı vaxtında diaqnostika və müalicə olunmadıqda

Dəmir çatışmazlığı vaxtında diaqnostika və müalicə olunmadıqda tədricən ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Dəmir hemoqlobinin əsas tərkib hissəsidir və onun çatışmazlığı nəticəsində orqan və toxumaların oksigenlə təminatı pozulur. Bu vəziyyət illərlə davam etdikdə bir çox sistemlər zədələnə bilər.

Uzunmüddətli dəmir çatışmazlığının mümkün nəticələri

  • Xroniki qanazlığı və ağır halsızlıq
  • Ürəkdöyünmə, taxikardiya və ürəyə əlavə yük
  • Nəfəs darlığı və fiziki dözümlülüyün azalması
  • Yaddaş, diqqət və əmək qabiliyyətinin zəifləməsi
  • Saç tökülməsi, dəri quruluğu, dırnaq deformasiyası
  • Tez-tez infeksiyalar və immun sistemin zəifləməsi
  • Sinir sistemi şikayətləri, baş ağrıları və başgicəllənmə
  • Hamiləlikdə ana və körpə üçün ciddi risklər
  • Uşaqlarda inkişaf və öyrənmə geriliyi

Dəmir çatışmazlığının səbəbi mütləq araşdırılmalıdır. Bəzən bu vəziyyət gizli qan itkiləri, qidalanma pozğunluğu, mədə-bağırsaq problemləri və ya digər xəstəliklərlə bağlı ola bilər.

Hematoloq müayinəsi, qan analizləri və düzgün müalicə planı ilə risklərin qarşısını almaq mümkündür.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.