Damar cərrahiyyəsi və flebologiya

27.04.2026Sağlamlıq məqalələri

Ayaq Doppler müayinəsi niyə vacibdir?

Ayaq Doppler müayinəsi niyə vacibdir? Çünki varikozun erkən diaqnozu üçün ən doğru və effektiv diaqnostik üsullardan biridir.

Ayaqlarda damarların genişlənməsi, ağırlıq hissi, şişkinlik, ağrı, gecə qıcolmaları və tez yorulma kimi əlamətlər venoz qan dövranı pozğunluğunun göstəricisi ola bilər. Bu halların əsas səbəblərindən biri varikoz xəstəliyidir və vaxtında diaqnoz qoyulmadıqda proses irəliləyə bilər.

Ayaq Doppler müayinəsi ultrasəs əsaslı müasir diaqnostik üsuldur. Müayinə zamanı damarların keçiriciliyi, qan axınının istiqaməti və sürəti, venoz qapaqların funksiyası, reflüks, tromboz və digər damar patologiyaları qiymətləndirilir. Prosedur ağrısız, təhlükəsiz və qeyri-invazivdir.

Xəstəxanamızda USM Doppler müayinəsi peşəkar radioloq həkim tərəfindən icra olunur, nəticələrə uyğun konsultasiya və müalicə planı isə fleboloq həkim tərəfindən aparılır. Pasiyent üçün fərdi yanaşma seçilərək dəqiq diaqnoz və effektiv müalicə təmin edilir.

Erkən mərhələdə aparılan Doppler müayinəsi xroniki venoz çatışmazlıq, trofik dəyişikliklər və tromboembolik ağırlaşmaların qarşısının alınmasına kömək edir. Ayaqlarda narahatlıq hiss etdikdə müayinəni gecikdirməyin.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.