Haqqımızda
Gəncə Beynəlxalq Xəstəxanası 9 sentyabr 2015-ci ildən fəaliyyətdədir.
Gəncə Beynəlxalq Xəstəxanası 9 Sentyabr 2015 tarixindən fəaliyyətə başlamışdır. Xəstəxanada ambulator və stasionar müalicə xidmətləri göstərilir. Xəstəxananın hər bir bölməsi müasir tibbi avadanlıq və alətlərlə təchiz edilmişdir.
Beş mərtəbədən ibarət xəstəxananın ümumi sahəsi 11.887 m²-dir. Poliklinika şöbəsi 25 kabinetdən, stasionar şöbə ümumilikdə 56 çarpayıdan, bunlardan 32-i tək nəfərlik (bunlardan 4 junior suit, 2 suit), 9-u iki nəfərlik, 1 ədəd 5 nəfərlik xəstə və 1 çarpayılıq dializ otaqlarından ibarətdir.
Xəstəxanada dünya standartlarına uyğun tam təchiz edilmiş 5 əməliyyatxana (4 ümumi əməliyyatxana və 1 göz əməliyyatxanası) fəaliyyət göstərir. Həmçinin 11 çarpayıdan ibarət 2 reanimasiya bölməsi (ürək-damar xəstələri üçün 4 çarpayı və ümumi reanimasiya 7 çarpayı) var.


Diaqnostika, laboratoriya və xidmətlər
Angioqrafiya laboratoriyasında təcrübəli mütəxəssislər tərəfindən koronar və periferik angioqrafiya, beyin damarlarının KT angioqrafiyası, perkutan transluminal koronar angioplastika (stent), perkutan transluminal balon angioplastika prosedurları həyata keçirilir.
Radiologiya bölməsi beynəlxalq standartlara uyğun Almaniya istehsalı cihazlarla təmin edilmişdir. Radiologiya bölməsində Maqnit Rezonans Tomoqrafiyası (1,5 Tesla), Kompüter Tomoqrafiyası (KT), Mammoqrafiya, Ultrasəs müayinəsi (USM), Sümük Densitometriyası, Hamiləliyin 4D fetal doppler müayinələri icra edilir.
Tibbi laboratoriyada quraşdırılan və dünya standartlarına cavab verən avadanlıqlar sayəsində biokimyəvi, genetik, hormon, hematoloji, seroloji, infeksion, mikrobioloji analiz nəticələri optimal müddət içərisində əldə edilir.
Xəstəxanada 24 saat Təcili Tibbi yardım xidməti göstərilməkdədir. Təcili tibbi yardım bölməsində 5 nəfərlik müşahidə otağı, 1 çarpayılıq təcili müdaxilə otağı, 1 çarpayılıq prosedur otağı olmaqla 7 çarpayı mövcuddur. Pasiyentlərin daşınması və tibbi yardım alması üçün tam təchiz edilmiş 2 ambulans və 1 reanimobil daim hazır vəziyyətdədir.
Xəstəxanada check-up mərkəzi fəaliyyət göstərir ki, bu mərkəzdə pasiyentlərə ümumi və ya müəyyən orqanlar üzrə check-up müayinə xidmətləri təklif olunur.
Tibbi xidmətlərin tam steril şəraitdə göstərilməsi üçün infeksiya nəzarət komissiyası daim mütəmadi yoxlamalar keçirməkdədir.
Xəstə və yaxınlarının komfortu üçün rahat oturacaqlar, məlumatlandırıcı monitorlar yerləşdirilmişdir. Xəstəxananın həyətində isə dincəlmək üçün park və uşaqların şən zaman keçirə biləcəyi əyləncə məkanı var.
Bu gün
Missiya
Gəncə Beynəlxalq Xəstəxanasının missiyası xəstələrə beynəlxalq standartlara uyğun diaqnostik, müalicə və baxım xidməti təmin etmək və bu məqsədlə işçilərinin peşə biliyi və bacarığını davamlı artırmaqdır.
Dəyərlər
Məqsədlərimiz
- Yüksək texnologiya və təcrübəli peşəkarlar vasitəsilə tibbi xidməti təmin etmək
- Yeni texnologiyaların təqib edilməsi və xəstə baxımında istifadə edilməsi
- İxtisaslı tibb işçilərini xəstəxanamıza cəlb etmək
- Üstün səviyyədə tibbi xidməti təmin etmək
- Verilən qərarlarda Gəncə Beynəlxalq Xəstəxanasının keyfiyyət və etika prinsiplərini əsas götürmək
- Ölkəmizdəki səhiyyə işçilərinin peşə biliyi və bacarıqlarını artırmağa dəstək olmaq
Keyfiyyət siyasəti
Gəncə Beynəlxalq Xəstəxanası olaraq işimizi beynəlxalq keyfiyyət standartları, xəstə təhlükəsizliyi və etik dəyərlər üzərində qurmuşuq.
Keyfiyyət yaxşılaşdırma məqsədinə uyğun şəkildə yeni hədəflər təyin edir, bunun üçün addımlar atır, atılan addımların doğruluğuna nəzarət edirik.
Pasiyentlərimizin mütəmadi xəstəxana xidmətlərindən istifadə etməsi bizim üçün çox əhəmiyyətlidir. Ona görə də bütün prosedurlar haqqında xəstələrimizi məlumatlandırır, sual vermələri üçün onları cəsarətləndiririk. Pasiyenti məlumatlandırıb razılığını almadan heç bir addım atılmır.
Beynəlxalq xəstə təhlükəsizliyi hədəflərimiz
- Xəstə kimliyinin düzgün müəyyən edilməsi
- Effektiv ünsiyyətin yaxşılaşdırılması
- Yüksək riskli dərmanların təhlükəsizliyinin təmin edilməsi
- Düzgün tərəf, düzgün prosedur, düzgün xəstə cərrahiyyəsinin zəmanət altına alınması
- Tibbi müayinə ilə müvafiq infeksiya riskinin azaldılması
- Yıxılma hadisələri nəticələrinin, zədələnmə riskinin azaldılması
