Uşaq kardiologiyası

15.05.2026Sağlamlıq məqalələri

ExoKardioqrafiya (EXO) və Doppler müayinəsi uşaqlarda ürəyin anatomik

ExoKardioqrafiya (EXO) və Doppler müayinəsi uşaqlarda ürəyin anatomik quruluşunun, ürək qapaqlarının funksional vəziyyətinin və qan dövranının qiymətləndirilməsi üçün istifadə olunan müasir və təhlükəsiz ultrasəs müayinə üsuludur. Müayinə tam ağrısızdır, şüalanma tətbiq olunmur və körpələr də daxil olmaqla bütün yaş qruplarında icra oluna bilər.

Bir çox hallarda ürək problemləri ilkin mərhələdə simptomsuz keçə bilər. Lakin:

  • Tez yorulma
  • Təngnəfəslik
  • Tez-tez göyərmə
  • Ürəkdə küy
  • Sinə ağrısı
  • Ürəkdöyünmə

Zəif çəki artımı və ya inkişaf geriliyi kimi əlamətlər müşahidə olunduqda kardioloji qiymətləndirmə vacib hesab olunur.

Erkən diaqnostika anadangəlmə və qazanılmış ürək patologiyalarının vaxtında aşkarlanması və düzgün müalicə planlaması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu kimi hallarda Uşaq Kardioloqu Dr. Dinarə Məmmədzadəyə müraciət edə bilərsiniz.

Kİçİk ürəklərİn sağlamlığı böyük dİqqət tələb edİr

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.