23.02.2021Sağlamlıq məqalələri

NƏDİR

Fərqli qida mənbələrindən alınan dəmir insan metabolizmasında mühüm yerə sahibdir. Qanda ən çox sayda hüceyrə növü olan eritrositlər və ya və ya qırmızı qan hüceyrələri, hüceyrə və orqanlar üçün çox vacib olan oksigen daşınmasını yerinə yetirir. Qırmızı qan hüceyrələri olaraq da bilinən bu hüceyrələrin toxumalara kifayət qədər oksigen daşıyabilməsi orqanizmdəki dəmir miqdarından asılıdır. Ferritin, bədəndəki dəmirdən fərqli olaraq, dəmiri saxlayan və onun sərbəst buraxılmasına nəzarət edən protein kompleksi növüdür. Ferritin proteini bədən hüceyrələrində və xüsusilə hepatosit olaraq bilinən qaraciyərin təxmini 75% təşkil edən hüceyrələrdə, sümük iliyində, immun sistem hüceyrələrində olur. Qidalar vasitəsilə alınan dəmirin saxlanması və sərbəst buraxılması üçün cavabdeh olan Ferritin, bədənin dəmir deposu olaraq da bilinir. Bədəndəki dəmir miqdarı da ferritin ilə ölçülür.

Ferritin niyə azalır?

Qanda ferritinin miqdarı normal miqdardan az olması ya da başqa sözlə, ferritinin zəifliyi həddindən artıq çay, qəhvə içərkən və ya nizamsız qidalanma səbəbindən görülür. Bundan əlavə, menstruasiya, hamiləlik, ana südü ilə qidalandırma da ferritin əksikliyinə səbəb olur.

Digər səbəblər

  • Çox saylı doğuşlar
  • Abort
  • Çox bişmiş ət
  • C vitamini əksikliyi
  • Mədə və bağırsaq problemləri
  • Xroniki xəstəliklər

Qan itkisi və s.

Ferritin çatışmazlığının əlamətləri hansılardır?

Normal dəyərlərdən aşağı olan ferritinin miqdarı aşağıdakı simptomlara səbəb olur:

  • Halsızlıq və yorğunluq
  • Narahatlıq
  • Baş ağrısı
  • Qulaqda səslər
  • Unutqanlıq
  • Əsəbilik
  • Solğun dəri rəngi
  • Dırnaqların asanlıqla qırılması
  • Nəfəs darlığı və s
  • Ferritin əksikliyinin müalicəsi

Laboratoriya testləri ilə təyin olunan ferritin əksikliyi dəmirin miqdarının da əksik olduğunu göstərir. İlk öncə dəmir depolarının boş olmasının əsas səbəbi araşdırılır. Ferritinin aşağı səviyyəsi hər hansı bir xəstəliydən qaynaqlanmırsa həkim məsləhəti ilə damcı, kapsul və ya damar yolu ilə bərpa oluna bilər. Bəzi hallarda dəmir əlavələri kifayət etməyəcəyi üçün həkim qidalanmaya da diqqət olunmasını tələb edə bilər.

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə