Estetik əməliyyatı insana özəl olaraq planlaşdırılmalı və həyata
Burun estetik əməliyyatı insana özəl olaraq planlaşdırılmalı və həyata keçirilməlidir. Estetik burun əməliyyatının məqsədi, burunun xarici görünüşünü üzün digər cizgiləri ilə eyni ahəngdə dəyişməkdir. Rinoplastika zamanı burun qısaldıla və ya uzadıla, kiçildilə və ya böyüdülə, burun deşikləri kiçildilə, burun donqarlığı itirilə, burun ucu qaldırıla və incəldilə bilər. Sadaladıqlarımızın nə qədər və nə şəkildə olunacağı isə ancaq konsultasiya zamanı burunun anatomik özəllikləri və burun dərisinin dəyərləndirilməsindən sonra aydınlaşdırılır. Bütün estetik əməliyyatlarda olduğu kimi, burun əməliyyatındada əsas fəlsəfəmiz, təbiiliyin itirilmədiyi və əməliyyatlı burun görünüşü verməyən, çox insan tərəfindən başa düşülməyən cərrahi nəticələr ən gözəl nəticədir.
Burunun içərisində sümük və qığırdaqdan ibarət arakəsmə var. Bu arakəsmədəki əyriliklər hava yolunu bağlayacaq səviyyədə olanda nəsəfalma çətinliyi yaradır. Pis nəsəf almağa sümük və qığırdaqdan başqa yumuşaq toxumalarda səbəb olur. Belə ki, sümükdə, qığırdaqda və yumşaq toxumada olan problemləri estetik burun əməliyyatı ilə eyni zamandada aradan qaldırmaq olar.
Burun əməliyyatını hər fəsildə icra etmək olar. Burun əməliyyatından əvvəl şəkil çəkilir. Əməliyyatınızla bağlı lazımi bütün analizlərdən keçirilir.Burun əməliyyatları daha çox ümumi anesteziya altında aparılır. Əməliyyat ortalama 1-2 saat çəkir. Burunda yaranmış deformasiyadan asılı olaraq kəsiklər burunun içərisindən (qapalı), çölündən (açıq) aparıla bilər. Kəsiklər estetik tikildiyindən izsiz sağalır. Əməliyyatın sonunda burnun üzərinə gips qoyulur, tampondan istifadə edilmir. 1 il ərzində burun öz şəklinin son halını alır və təbii görünüş əldə edir.
