Allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər
Allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər. Amma bəzən allergiya mövsumi xarakter daşıyır, əsasən də yaz və payız aylarında özünü daha qabarıq şəkildə büruzə verir.
Allergiya xəstələri daim özlərinə diqqət yetirməlidirlər. Bu tip insanlar sonradan ağır fəsadlar yaranmasın deyə daim müalicə olunmalıdırlar. Çünki vaxtında xəstəliyin ciddiliyinə fikir verməyən və müalicə olunmayan insanlarda allergiya xəstəliyi bronxial astmaya keçir. Buna görə də xəstəliyinin vaxtında diaqnostikası və müalicəsi vacibdir!

