21.04.2021Sağlamlıq məqalələri

Şəkərli Diabetin İlkin Əlamətləri

Diabet ağır xəstəlikdir. Bəzən Diabet xəstəliyində ümumiyyətlə heç bir əlamət özünü göstərmir və diabet təsadüfən aşkar olunur. Lakin bir çox əlamətlər var ki, bunlar hər iki tip diabet üçün xarakterikdir. Diabetin əlamətləri insulin sekresiyasının azalma dərəcəsindən, xəstəliyin müddətindən və xəstənin fərdi xüsusiyyətlərindən asılıdır.

Diabetin ən çox rast gələn əlamətlər bunlardır:

  • Tezləşmiş sidik ifrazı və orqanizmin susuzlaşmasına səbəb olan güclü susuzluq
  • Bəzi hallarda daimi aclıq hissinə baxmayaraq, çəkinin sürətlə azalması
  • Zəiflik və yorğunluq hissi
  • Görmənin aydın olmaması
  • İnfeksion xəstəliklərin gec sağalması
  • Ayaqlarda ağırlıq hissi
  • Yaraların gec sağalması
  • Tez yorulma
  • Başgicəllənmə və s

Bu əlamətlər Sizdə varsa, Həkim-Endokrinoloqun müayinəsindən keçməlisiniz. Həyat tərzi, qidalanma və müalicənin düzgün təşkili xəstənin vəziyyətinin stabil qalmasına kömək edir. Kəskin və xroniki ağırlaşmalar xəstəliyin proqnozunu ağırlaşdırır, xəstənin yaşama müddətini qısaldır.

Diabetin fəsadları ürəktutmaya, insulta, korluğa, böyrəklərin sıradan çıxmasına və hətta ayaqların amputasiyasına gətirib çıxara bilər..

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə