Yüksək təzyiq ölümə səbəb ola bilir, diqqətli olun
Yer kürəsində milyonlarla insan yüksək təzyiqdən əziyyət çəkir. Yüksək təzyiq isə bəzi hallarda xəstələrdə heç bir əlamət vermir və qəfil artaraq ürəkdə və ya beyində damarların tutulmasına səbəb olur. Yüksək təzyiq ürəkdəki və beyindəki arteriya damarlarında əmələ gətirdiyi patoloji dəyişikliklər qəfil baş verən ölümün səbəbi sayılır. Kardioloqlar bu ölümü “sakit ölüm“ adlandırırlar və hər il bu ölüm səbəbindən milyonlarla insanın dünyasını dəyişdiyini qeyd edirlər.
Təəssüflər olsun ki, xəstə tənbəllik edir, həkimə getmir, normal müalicənin yerinə hansısa xalq təbabətindən götürüldüyü deyilən bioloji aktiv maddələr qəbul edirlər. Bunun nəticəsində isə gecikmiş fəsadlarla xəstəxanaya düşürlər.
Əgər Sizdə aşağıda qeyd olunan 2 və ya 3 əlamət varsa o zaman təzyiqiniz mütləq nəzarət altında saxlanılmalıdır:
- Ürəkdöyünmə
- Təngnəfəslik
- Gözün qabağında qara nöqtələr( qarışqa gəzməsi)
- Görmənin qəfil pisləşməsi
- Qəfil tərləmələr
- Xroniki yorğunluq
- Üzdə şişkinliyin olması
- Huşun itməsi
- Təzyiqin qəfil yüklənməsi
Unutmayın ki, hipertoniya ömürlük xəstəlikdir. Sağlamlığınızı Gəncə Beynəlxalq Xəstəxanasının peşəkar həkimlərinə etibar edə bilərsiz.