Otorinolarinqologiya (LOR)

14.03.2020Sağlamlıq məqalələri

Koronavirus nədir?

Korona virusu dəvələr, quşlar arasında yayılır, insanlara kontakt yolu ilə keçir. Virusun əlamətləri qripə oxşayır, ancaq insanın bu virusa yoluxması və onun qrip olduğu, yaxud Korona virusuna yoluxduğu yalnız laborator şəraitdə təsdiqlənir. Korona virusu da digər respirator xəstəliklər kimi ağcıyərləri, bronxları zədələyir. Bu virusa yoluxanlarda bağırsaq pozğunluqları, boğaz ağrıları, başağrısı, asqırmaq, əzginlik halları ola bilər. Xəstəliyin inkubasiya dövrü 2-3 gün davam edir, ümumilikdə isə xəstəlik 6-7 gün ərzində müşahidə edilir. Xəstəlikdən ölüm halları insanın immuniteti çox aşağı olduqda baş verir.

Necə qorunmalı? Bu virusdan qorunmaq üçün heç bir peyvənd yoxdur. Xəstələnən insanlardan uzaq durmaqla yoluxmanın qarşısını almaq olar. Göz, burun və ağzınıza toxunmaqdan çəkinin. Əllərinizi tez-tez sabunla ən azı 20 saniyə yuyun.Xəstə olsanız insan kütləsi çox olan yerlərə getməyib, yaxın təmasdan qaçın. Öskürərkən və ya asqırarkən ağzınızı və burnunuzu örtün və toxunduğunuz əşyaları, səthləri dezinfeksiya edin.

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə