Qalxanvari vəz nədir və fəaliyyəti nədən ibarətdir?
Endokrin vəzlərdən biri sayılan qalxanvari vəzi trioksin,triyodtrionin hormonları ifraz edir. Qalxanvari vəzin ifraz etdiyi hormonlar orqanizmdə maddələr mübadiləsini və enerji mübadiləsinin baş verməsinə nəzarət edir.Qalxanvari vəzin boyun inkişafında, görmə üzvlərinin və orqanların fəaliyyətinə təsir edir. Bu vəz boğaz nahiyədə yerləşir. Qalxanvari vəzi kiçik kəpənək şəklində olur və orqanizmin sağlam fəaliyyət göstərməsi üçün vacib sayılır.
Qalxanvari vəzinin funksiyalarının pozulması bütün orqan və sistemlərini sıradan çıxardır — ürək-damar, sinir, mədə-bağırsaq, cinsiyyət sistemlərində, dəridə, insanın xarici görünüşündə ciddi pozulmalar yaranır.
Qalxanvari vəzi olduqca həssas orqandır və onun fəaliyyətinə mənfi təsir edə bilən 5 düşməninin təqdim edirik:
1. Xroniki stress və yorğunluq. Bu iki amil qalxanvari vəzini güclü yükləmələrlə işləməyə vadar edir ki, nəticədə orqanın fəaliyyəti pozula bilər.
2. Radiasiya və buna bənzən şüalanma. Bu qalxanvari vəzi xəstəliklərinin əsas səbəblərindən biridir.
3. Siqaret çəkmək. Bir çox elmi araşdırmalar göstərir ki, siqaretlərin tüstüsündə olan ziyanlı maddələr qalxanvari vəzinin hüceyrələrinə mənfi təsir edir.
4. Yodun orqanizmə az və ya çox miqdarda daxil olunması. Qalxanvari vəzinin normal fəaliyyəti üçün yod olduqca vacibdir. Yod vəzinin hormonlarının istehsalında iştirak edir. Bu səbəbdən bu mineralın orqanizmdə az və ya əksinə çox olması qalxanvari vəzinin fəaliyyətini pozur.
Həkimin təyini olmadan yod preparatlarını, tərkibində yod olan antiseptik vasitələri istifadə etmək olmaz. Xüsusilə də bu uşaqlara aiddir. Bəzən "qayğıkeş" valideynlər uşaqlara "profilaktik" məqsədlərlə yod preparatlarını verir, uşaqların boğazını yod əlavə olunmuş su ilə qarqara edir, lüqolla silirlər. Bu qəti şəkildə yolverilməzdir və uşaqda qalxanvari vəzinin funksiyalarının pozulmasına gətirib çıxarda bilər.
5. Bəzi dərmanların nəzarətsiz qəbulu (xüsusilə hormonlar, mübadilə proseslərini sürətləndirən arıqlamaq üçün preparatlar).