PZR nədir
Polimeraz zəncirvari reaksiya (PZR) üsulu müxtəlif infeksiyaların təyin edilməsi üçün istifadə olunan ən dəqiq diaqnostik üsullardan biridir. Urogenital infeksiyalardan PZR üsulu ilə qonoreya, mikoplazma, ureaplazma, xlamidiya, trixomoniaz, qardnerella törədiciləri və l/ll növ herpes virusu rahat şəkildə aşkarlanır. PZR üsulu ilə cinsi yolla keçən infeksiyaları nəinki yaxmada, hətta sidik analizində müəyyənləşdirmək mümkündür.
Polimeraz zəncirvari reaksiya (PZR) üsulunu kəşf və inkişaf edən alimlər Keri Mullis və Maykl Smit 1993-cü ildə Nobel mükafatı ilə təltif olunublar.
