XəstəxanaXəstəxana

02.12.2019Sağlamlıq məqalələri

İmmunitet Sistemini Necə Gücləndirək?

Adətən, qış fəsli yaxınlaşanda orqanizmin müqavimət qüvvəsi zəifləyir. Ona görə də havalar soyuyana qədər vitaminlərlə zəngin olan qidalar qəbul etmək, orqanizmin müqavimətini gücləndirmək və immuniteti artırmaq lazımdır.

Hər gün süd, kefir, yoqurt, təbii kəsmik, kərə yağı, və digər ağartı məhsulları qəbul etmək, onların az və ya orta dərəcədə yağlılığı olanları seçmək daha arzuolunandır. Lobya bitki mənşəli məhsullar içərisində ən aktiv immunomodulyatordur. Bildirçin yumurtaları, brokkoli, gül kələm, baş kələm, Brüssel kələmi, ağ turp, sarımsaq, soğan, qıtıqotu kökü, dəniz məhsulları qida rasionuna daxil edilməsi immunitet üçün xeyirli hesab olunur. Bal, arı südü, arı tozu və propolisdən müntəzəm istifadə edilməsi yaxşı nəticə verir.

Limon, portağal, naringi, kivi, itburnu, cəfəri, şüyüd, duza qoyulmuş kələmin tərkibində olan çoxlu miqdarda askorbin turşusu orqanizmi infeksiya, soyuqdəymə və digər zərərli faktorların təsirindən qoruyur. İtburnu və cökə çayı orqanizmə daxil olan antigenlərə qarşı anticisimlərin hazırlanmasını sürətləndirir və tam dəyərli immun hüceyrələrinin hazırlanmasına zəmanət verir.

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə