Oftalmologiya

03.12.2019Sağlamlıq məqalələri

Allergik Konyuktivit Göz allergiyası əslində ciddi fəsadlara yol açmasa da

Allergik Konyuktivit

Göz allergiyası əslində ciddi fəsadlara yol açmasa da, insanı narahat edən problemdir. Bu xəstəlik gözün ağ hissəsinin və göz qapağının qızarması ilə ortaya çıxır. Gözlərin qaşınması, sulanması görüntünün bulanıq olması, gözlərdə yanma hissi, göz qapaqlarının şişməsi və işığa həssaslıq da əsas əlamətlər sırasına daxildir.

Göz allergiyası həm müstəqil, həm də burundakı allergiya ilə birgə meydana çıxa bilər.Göz hüceyrələrinin ifraz etdiyi kimyəvi maddələr gözlərdə iltihaba səbəb olur. Nəticədə gözlərdə qaşınma, sulanma və qızarma əmələ gəlir. Bu xoşagəlməz halın aradan qaldırılması üçün tez-tez istifadə olunsa da, gözləri qətiyyən qaşımaq olmaz. Belə ki, qaşıdığımız zaman kimyəvi maddələrin miqdarı artır və qaşınma daha da güclənir.

Allergiyanın müalicəsində istifadə olunan göz damcılarının əksəriyyəti prinsip etibarilə burun damcıları kimi təsir göstərir. Antihistamin preparatları iltihabi prosesin qarşısını alır və histaminin yaranmasına mane olur. Göz damcıları gözü təmizləyərək onun nəm qalmasına kömək edir. Bu damcılar gözün içərisindəki xırda qan damarlarını daraldaraq qızartını aradan qaldırır. Ancaq uzun zaman istifadə etdikdə əlamətlərin yenidən ortaya çıxmasının müşahidə olunması mümkündür. Ona görə də bu damcılardan istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək çox vacibdir.

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə