Epilepsiyanın Əlamətləri Epilepsiya beyinin funksiyasının qısa müddətli pozulması ilə ortaya çıxır
Epilepsiyanın Əlamətləri
Epilepsiya beyinin funksiyasının qısa müddətli pozulması ilə ortaya çıxır. Bir qrup beyin hüceyrələrində qəfildən başlayan, anormal sinir boşalmaları səbəbilə ortaya çixan bir klinik vəziyyətdir. Epilepsiya diaqnozu qoyulması üçün epileptik tutmalar birdən çox və təkrarlayıcı olmaq şərtilə üzə çıxmalıdır. Epileptik tutmalar üçün zaman məhdudiyyəti yoxdur. Epilepsiya qıcolma tutmaları ilə özünü göstərir. Hər an ,gecə və ya gündüz fərq etmədən ortaya çıxa bilər. Epileptik tutmalar bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edir.
Epilepsiya qadın və kişilərdə bərabər sayda görülməkdədir. Hər hansı bir yaşda ortaya çıxa bilər amma ən çox rast gəlinən yaş aralıqları, gənclər və bir qədər irəli yaşda olanlardadır.
Ümumi halda xəstəlik klinik olaraq iki formaya bölünür:
Simptomatik Epilepsiya – hər hansı bir səbəbdən yaranan.
Orqanizmin ümumi inkişafı zamanı yaranan anormallıqlar, ana bətnindəykən dölün məruz qaldığı infeksiyalar, toksik maddələr,doğuş zamanı uşağın oksigensiz qalması, doğuşdan sonra keçirilən beyin infeksiyaları ( miningit, ensefalit), başa alınan travmalar, zəhərlənmələr ( ağır metallardan, karbon monoksid və s.), beyin xərçəngi, beyinə qansızma, beyin damar tıxanıqlıqları, bəzi dərmanlar, aşırı dərəcədə alkoqol aludəçiliyi, metabolik pozuntular da epileptik tutmalara səbəb ola bilir.