İnvaziv radiologiyaİnvaziv radiologiya

13.08.2019Sağlamlıq məqalələri

Angioqrafiya - İnvaziv Radioloq Dr. Emil Əminov tərəfindən icra edilmişdir

Angioqrafiya – qan damarlarının rentgen aparatının köməyi ilə təsvir olunmasına imkan verən müayinə metodudur. Bu üsulun köməyi ilə arteriyalar (Arterioqrafiya), venalar (Fleboqrafiya) və limfa damarları (Limfangioqrafiya) müayinə olunur. Müayinənin nəticəsi xəstəliyin forma və yayılması haqqında qərar verməyə imkan verir.

Nə vaxt Angioqrafiya aparılır?

Hansı orqan yaxud bədənin hansı hissəsinin müayinə olunmasından asılı olaraq, iynə yaxud kateter (uzun, elastik, plastik materialdan hazırlanan nazik boru) arteriyaya, venaya yaxud da müayinə olunan toxumaya yeridilir (adətən yerli ağrısızlaşdırma altında). Bundan sonra kontrast maddə kateterlə müayinə olunan damar nahiyəsinə yeridilir, ondan ötrü ki damarlar rentgenoqram ekranında görünsün. Bu yolla qan damarlarındakı problem və dəyişikliklər böyük həssaslıqla özünü biruzə verir. Müayinənin nəticəsinə əsasən həkim qərar verir.

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə