İnvaziv radiologiya
İnvaziv Radiologiya - Radiologiyanın bir bölümüdür. İR aparılan əməliyyatlar əksər hallarda Angioqrafiya (latın sözü olub angio-damar, grafiya-çəkirəm) cihazı ilə təchiz olunmuş əməliyyatxanada aparılır.
İnvaziv radioloq - angioqrafiya, kompüter tomoqrafiya, usm, rentgen cihazların köməyi ilə əməliyyatlar aparan ixtisasçıdır.


Xidmətlər və müalicə
Yeni xidmət və avadanlıq
- İnvaziv radioloq Dr. Emil Əminov: Ürəyin işemik xəstəliyi, Koronaroqrafiya, Koronar stent implantasiyası, Qapaq və aorta xəstəlikləri, TAVI əməliyyatı, TEVAR əməliyyatı
- Qonaq: invaziv radioloq Dr. Sevinç Babayeva: Şəkər xəstələrində ayaq damar tutulmalarının dopler müayinəsi, Beyin damarlarının dopler müayinəsi, Damarların balon və ya stentlə açılması, Damar anomaliyalarının müayinəsi və müalicəsi və s
Müalicə edilən xəstəliklər
- Anevrizma
- Xroniki çanaq ağrısı sindromu
- Diabetik ayaq
- Miomalar
- Uşaqlıq qanaxmaları
- İşemik insult
- Böyrəkdə damar tutulması
- Şahdamar tutulması
- Mexaniki sarılıq və öd yollarının bədxassəli törəmələri
- Ayaqda damar tutulması
- Burqer xəstəliyi
- Varikosel
İcra edilən prosedur və əməliyyatlar
- Beyin anevrizmalarının invaziv yolla müalicəsi (coil embolizasiyası)
- Beyindaxili arterio-venoz malformasiyaların (AVM) endovaskulyar müalicəsi (embolizasiya)
- İşemik insult zamanı erkən dövrdə (ilk 6-8 saatda) invaziv yolla tıxanmış damarın açılması (trombolizis, endovaskulyar tromb və ya tıxanmaya səbəb olan ateromanın çıxarılması)
- Kəlladaxili və ya kəlləxarici (yuxu arteriyası) beyin damar daralmalarının stenoz (ballon) angioplastikası və stent ilə açılması
- İntra/ekstrakranial AVF embolizasiyası
- TAKE (kemoembolizasiya)
- Qaraciyər bədxassəli törəmələrinin kimyəvi embolizasiyası
- Uşaqlıq miomalarının cərrahi kəsiksiz müalicəsi (Uşaqlıq Miomalarının Embolizasiyası)
- Uşaqlıq qanaxmalarında cərrahiyyəsiz qanaxmanın dayandırılması
- Qida borusu və mədə-bağırsaq sisteminin daralmalarında stent taxılması
- Öd yollarına perkutan biliar drenaj və stent taxılması
- İntra/ekstrakranial şişlərin əməliyyat öncəsi embolizasiyası
İnvaziv Radioloji metodların üstünlükləri
İnvaziv Radioloji əməliyyatlar, cərrahi əməliyyatlarla müqayisədə daha az riskli və daha az travmatikdir.
- Bütün əməliyyatlar yerli keyitmə ilə aparılır və nadir hallarda ümumi anesteziyaya ehtiyac olur
- Xəstələri ümumi anesteziya və cərrahi müdaxilənin fəsadlarından qoruyur
- Cərrahi kəsiyə və ümumi anesteziyaya ehtiyac olmadığı üçün əməliyyatdan sonrakı reabilitasiya dövrü çox qısa olur
- Xəstə qısa zamanda xəstəxanadan evə yazılır və gündəlik həyatına davam edir
- Cərrahi müalicə ilə kombinasiya oluna bilər
- Təkrarlamaq mümkündür









