08.04.2026Tədbirlər və layihələr

Sümük travmaları zamanı operativ və düzgün göstərilən ilk tibbi yardım ağırlaşmaların qarşısının alınmasında mühüm rol oynayır

Sümük travmaları zamanı operativ və düzgün göstərilən ilk tibbi yardım ağırlaşmaların qarşısının alınmasında mühüm rol oynayır. Dəqiq və əsaslandırılmış yanaşma zərərçəkənin vəziyyətinin stabilləşdirilməsinə imkan verir.

Sümük travmaları (sınıqlar, çatlar və çıxıqlar) əsasən mexaniki təsirlər – yıxılma, birbaşa zərbə və ya yol-nəqliyyat hadisələri nəticəsində baş verir. Bu hallarda ilkin tibbi yardımın əsas məqsədi zədələnmiş nahiyənin immobilizasiyası, ağrının minimuma endirilməsi və ikincili zədələnmələrin qarşısının alınmasıdır.

⏬İlkin tibbi yardım tədbirləri

  • Zədələnmiş nahiyəni immobilizasiya edin (şina və ya əlaltı vasitələrlə sabitləmə tətbiq edin)
  • Açıq yara mövcuddursa, qanaxmanı nəzarət altına alın və aseptik sarğı tətbiq edin
  • Ödemin azaldılması məqsədilə zədələnmiş sahəyə dolayı şəkildə soyuq kompres tətbiq edin
  • Zərərçəkənin hərəkətini minimum səviyyədə saxlayın

Təcili tibbi yardım xidmətinə müraciət edin və ya zərərçəkəni ixtisaslaşmış tibb müəssisəsinə çatdırın

Sınığın repozisiyasını (yerinə qoyulmasını) qeyri-ixtisaslı şəraitdə həyata keçirməyə cəhd etməyin. Bu, əlavə toxuma zədələnmələrinə və ağırlaşmalara səbəb ola bilər.

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə