Operativ ortopediya və travmatologiya bölməsində stasionar şəraitdə
Operativ ortopediya və travmatologiya bölməsində stasionar şəraitdə peşəkar həkim heyəti tərəfindən müasir cərrahi üsullarla dayaq-hərəkət sistemi patologiyalarının effektiv müalicəsi həyata keçirilir. Əsas məqsəd pasiyentlərin funksional bərpasını təmin etmək və həyat keyfiyyətini artırmaqdır.
Bölmədə sümük, oynaq və yumşaq toxuma zədələrinin, həmçinin degenerativ və iltihabi proseslərin cərrahi müalicəsi aparılır. Diaqnostika mərhələsində Rentgen, Kompüter Tomoqrafiyası (KT) və Maqnit-Rezonans Tomoqrafiyası (MRT) kimi müasir radioloji üsullardan istifadə olunur.
Qeyd edək ki, təcili hallar üçün 7/24 fəaliyyət göstərən stasionar təcili yardım və laboratoriya imkanları mövcuddur.
Həyata keçirilən müdaxilələr
- Sınıqların osteosintezi
- Çıxıqların cərrahi korreksiyası
- Bağ və vətər rekonstruksiyası
- Artroskopik əməliyyatlar
- Oynaqların endoprotezləşdirilməsi
Müalicə prosesi beynəlxalq klinik protokollar və müasir tibbi avadanlıqlar əsasında aparılır. Əməliyyatdan sonrakı mərhələdə reabilitasiya və fizioterapiya tədbirləri tətbiq edilərək pasiyentin funksional bərpası sürətləndirilir.

