SOS Uşaq Kəndində reproduktiv sağlamlıq mövzusunda maarifləndirici
SOS Uşaq Kəndində reproduktiv sağlamlıq mövzusunda maarifləndirici təlim keçirildi.
Təlim mama-ginekoloq Dr. Fəridə Əsədova tərəfindən aparılıb. Görüş zamanı iştirakçılar reproduktiv sağlamlıq, şəxsi gigiyena, sağlam həyat tərzi, erkən nikahın fəsadları, ailə planlaşdırılması, qadın sağlamlığının qorunması və bu sahədə məlumatlılığın artırılması mövzularında məlumatlandırılıblar.
Təlim interaktiv müzakirələr şəraitində keçib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında faydalı fikir mübadiləsi aparılıb.
Gənclərin sağlam və məlumatlı gələcəyi üçün maarifləndirici tədbirlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

