ASAN Könüllüləri üçün stomatologiya şöbəsində praktiki təlim təşkil
ASAN Könüllüləri üçün stomatologiya şöbəsində praktiki təlim təşkil edilmişdir. Təlim çərçivəsində iştirakçılar kabinetdə baxış keçirmiş, müasir stomatoloji avadanlıqlarla tanış olmuş, ağız və diş sağlamlığı, profilaktik qaydalar, ilkin tibbi-stomatoloji yardım prinsipləri və ortodontik praktik proseslər üzrə ilkin biliklər əldə edərək sertifikatla təltif olunmuşlar.
Təlimin təşkilinə və göstərilən dəstəyə görə şöbə rəhbəri, stomatoloq-implantoloq Dr. Behruz Həsənova təşəkkürümüzü bildiririk. Həmçinin dəyərli bilik və təcrübəsini bölüşən stomatoloq Nərmin Vəliyevaya minnətdarlığımızı ifadə edirik.
gənclər dişsağlamlığı


