Gözlərinizdə problem yaranmasını gözləməyin
Gözlərinizdə problem yaranmasını gözləməyin. Bəzən görmə ilə bağlı dəyişikliklər özünü açıq şəkildə göstərmədən də inkişaf edə bilər. Vaxtında aparılan göz müayinəsi isə bir çox problemin erkən aşkarlanmasına kömək edir.
Tam oftalmoloji müayinə zamanı
- Refraktometriya və keratometriya
- Tonometriya
- Biomikroskopik müayinə
- Lensmetriya
Oftalmoloq UZM. Dr. Fuad Hidayətov tərəfindən aparılan müayinə zamanı gözlərin ümumi vəziyyəti qiymətləndirilir və ehtiyac olduqda əlavə müayinələr müəyyən edilir.
Böyüklər üçün: görmədə zəifləmə, bulanıqlıq, gözlərdə yorğunluq, baş ağrısı və ya digər narahatlıqlar varsa, oftalmoloqa müraciəti gecikdirməyin. Şikayət olmasa belə, profilaktik göz müayinəsini mütəmadi etdirmək vacibdir.
Uşaqlar üçün: görmənin normal inkişafını izləmək, göz tənbəlliyi, çəplik və digər görmə problemlərini erkən aşkar etmək üçün göz müayinəsi vaxtında aparılmalıdır. Uşaqda gözünü qıyma, televizora çox yaxın baxma, başını əyərək baxma kimi hallar müşahidə edilirsə, müayinəni təxirə salmayın.
Gözün tam müayinəsi qiymətə daxildir.
Qəbul: həftə içi 6 gün, 09:00–17:00

