Anevrizma nədir?
Anevrizma damar divarının zəifləməsi nəticəsində damarın müəyyən hissəsinin normadan artıq genişlənməsidir. Ən təhlükəli tərəfi isə uzun müddət heç bir əlamət vermədən inkişaf edə bilməsidir.
Risk faktorları
- Siqaret istifadəsi
- Ateroskleroz və yüksək xolesterin
- Yaşın artması
İrsi meyillilik və s.
Niyə ciddi yanaşmaq lazımdır?
Anevrizma böyüdükcə damar divarının cırılması və digər ciddi ağırlaşmaların riski arta bilər. Müalicə taktikası anevrizmanın yerləşməsindən, ölçüsündən, böyümə sürətindən və xəstənin ümumi vəziyyətindən asılı olaraq müəyyən edilir.
Diaqnostika
- Doppler USM
- KT və KT-angioqrafiya
- MRT və MRT-angioqrafiya
Qəfil və güclü sinə, bel və ya qarın ağrısı, huşun itməsi və ya kəskin halsızlıq yaranarsa, təcili tibbi yardım tələb olunur.
Anevrizmanın vaxtında aşkarlanması ciddi ağırlaşmaların qarşısının alınmasında mühüm rol oynayır. Risk faktorlarınız varsa və ya anevrizma aşkarlanıbsa, müayinələri gecikdirməyin.

