Gəncə Beynəlxalq Xəstəxanasının Qastroenteroloq-Hepatoloq
Gəncə Beynəlxalq Xəstəxanasının Qastroenteroloq-Hepatoloq, Endoskopisti Dr. Ülvi Maçanov Azərbaycanın qədim diyarı Naxçıvan Respublikasında keçirilən “I Naxçıvan Beynəlxalq Tibb Günləri” konfransında iştirak edib.
Dr. Ülvi Maçanov konfrans çərçivəsində “Hepatoloji, qastroenteroloji xəstəliklər” panelində moderator kimi çıxış edib, həmçinin “Kron xəstəliyi” panelində “Kron xəstəliyinin endoskopik idarə olunması” mövzusunda məruzə ilə çıxış edib.
Müasir tibbi yanaşmaların müzakirəsi, elmi təcrübə mübadiləsi və mütəxəssislər arasında peşəkar əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli olan bu tədbirdə Dr. Ülvi Maçanovun iştirakı xəstəxanamız üçün qürurvericidir.
Konfransın təşkilində əməyi olan bütün təşkilatçılara təşəkkürümüzü bildiririk.
kronxəstəliyi tibb tibbielm qastroenteroloq endoskopist

