Fizioterapiya və reabilitasiya prosesində müasir avadanlıqlardan
Fizioterapiya və reabilitasiya prosesində müasir avadanlıqlardan düzgün istifadə bərpa prosesinin mühüm hissəsidir.
CPM cihazı (Continuous Passive Motion-Davamlı Passiv Hərəkət Cihazı) xəstənin aktiv əzələ gücü sərf etməsinə ehtiyac olmadan oynağı müəyyən edilmiş bucaq və sürətdə fasiləsiz hərəkət etdirən fizioterapiya avadanlığıdır.
CPM cihazı xüsusilə əməliyyatlardan sonra diz oynağının hərəkətliliyinin bərpası, oynaq sərtliyinin qarşısının alınması və hərəkət amplitudasının tədricən artırılması məqsədilə istifadə olunur.
CPM cihazının əsas üstünlükləri
Oynaq sərtliyinin və hərəkət məhdudiyyətinin qarşısının alınmasına kömək edir
Hərəkət amplitudasının tədricən artırılmasını təmin edir
Qan dövranı və limfa axınının yaxşılaşmasına dəstək olur
Əməliyyatdan sonrakı reabilitasiya prosesində istifadə olunur
Oynaqdaxili mayenin hərəkətini təmin edərək qığırdaq toxumasının qidalanmasına dəstək verir
Hansı hallarda istifadə olunur?
Diz və bud-çanaq oynaqlarının endoprotezləşdirilməsindən sonra
Ön çarpaz bağ (ÖÇB) və menisk əməliyyatlarından sonra
Oynaq ətrafı sınıqların reabilitasiya dövründə
Diz oynağında hərəkət məhdudiyyəti və sərtlik zamanı
Vacib: Cihazın hərəkət bucağı, sürəti və istifadə müddəti pasiyentin vəziyyətinə uyğun olaraq həkim və ya fizioterapevt tərəfindən müəyyən edilməlidir.
CPM cihazının tətbiqi pasiyentin vəziyyətinin ilkin qiymətləndirilməsindən sonra həyata keçirilir. Fizioterapiya və reabilitasiya proqramı hər bir pasiyent üçün fərdi şəkildə müəyyən edilir.
Fizioterapevt-reabilitoloq Uzm. Dr. Günay Səfərova
Həkimin qəbulu: həftə içi 6 gün, 09:00–17:00
Fizioterapiya və Reabilitasiya Mərkəzimiz həftədə 6 gün, 09:00–20:00 fəaliyyət göstərir.


