Fizioterapiya və tibbi reabilitasiya
Fizioterapiya və Reabilitasiya bölməsi beynəlxalq standartlarda xəstə baxımı və rahatlığı nəzərə alınaraq dizayn edilmiş, müasir tibbi texnologiyası ilə təchiz edilmişdir. Bölməmiz xəstəliyin simptomlarının qiymətləndirildiyi və müalicə protokoluna qərar verildiyi Poliklinika Bölməsindən, Elektroterapiya bölməsindən, Reabilitasiya bölməsindən və Stasionar Xəstə bölməsindən ibarətdir.
Müalicə prosedurlarını multidisiplinar strukturda reallaşdıran bölməmizdə Nevroloji və Ortopedik Reabilitasiya xidməti, sümük və əzələ xəstəliklərinin diaqnoz və müalicəsi təqdim olunur. İnsult sonrası hemiplegiya, Onurğa beyni yaralanması sonrası paraplegiya və tetraplegiya, Kəllə-beyin travması, Parkinson, Dağınıq Skleroz, Guillain-Barré sindromu, Transvers miyelit xəstələri, üst və alt üzvlərin yaralanması, qırıq əməliyyatı sonrası reabilitasiya ehtiyacı olan xəstələr, Osteoporoz, Osteoartrit, bel və boyun disk yırtıqları, Revmatoloji xəstəliyi olanlar bölməmizə müraciət edə bilərlər.


Xidmətlər və müalicə
Yeni xidmət və avadanlıq
- CPM cihazı (Continuous Passive Motion) – əməliyyatlardan sonra diz oynağının hərəkətliliyinin bərpası
- Uzm.Dr. Günay Səfərovanın müalicə sahələri: Nevroloji reabilitasiya (Parkinson, Dağınıq Skleroz, Mono və Polinevropatiyalar, Miyopatiyalar), Ortopedik reabilitasiya (meniskopatiya, amputasiya və artroplastik əməliyyatlardan sonra reabilitasiya) və s
- Mərkəz həftədə 6 gün, saat 09:00–20:00 fəaliyyət göstərir
- Reabilitasiya: insult sonrası hemiplegiya, onurğa beyni yaralanmaları, kəllə-beyin travmaları, nevroloji xəstəliklər; spastik əzələlərə botoks inyeksiyası
- Fizioterapiya, Reabilitasiya və Onurğa Mərkəzi – müalicəvi fiziki aktivlik (pediatrik nevroloji xəstəliklər)
- Elektrostimulyasiya – impulslu cərəyan vasitəsi ilə orqan və toxumaların funksiyasının bərpası
Reabilitasiya
- İnsult sonrası hemiplegiya reabilitasiyası
- Onurğa beyni yaralanması sonrası paraplegiya və tetraplegiyalar reabilitasiyası
- Kəllə-beyin travmaları reabilitasiyası
- Nevroloji xəstəliklər (Parkinson, Dağınıq Skleroz, Mono və Polinevropatiyalar, Miyopatiyalar, Guillain-Barré sindromu, transvers miyelit) reabilitasiyası
Ortopedik reabilitasiya
- Osteoporoz
- Sümük və əzələ patologiyaları
- Osteoartrit, Bel-boyun disk yırtıqları və Radikulopatiyaları
- Çiyin qurşağı əzələlərinin yırtıq və digər patologiyaları (Subakromiyal sıxışma sindromu, adheziv kapsulit), lateral və medial epikondilit, karpal tunel sindromu
Revmatoloji xəstəliklər
- Revmatoid artrit
- Ankilozan Spondilit
- Psoriatik artrit
- Reaktiv artrit
İcra edilən prosedur və əməliyyatlar
- Spastik əzələlərə botoks inyeksiyası
- Oynaq daxili Hialuron turşusu inyeksiyası, nevralgiya və mialgiyalarda algoloji inyeksiyalar
- EMG ilə əzələ və sinir mənşəli xəstəliklərin diaqnozunun qoyulması






