Gəncə şəhərində yerləşən 4 saylı Uşaq Evi sosial xidmət müəssisəsində
Gəncə şəhərində yerləşən 4 saylı Uşaq Evi sosial xidmət müəssisəsində reproduktiv sağlamlıq mövzusuna həsr olunmuş maarifləndirici görüş keçirilib. Görüşdə endokrinoloq Dr. Şəhla Verdiyeva və uroloq-androloq Dr. Zamin Həşimov 14–17 yaş arası uşaqlarla fərdi inkişaf və sağlam həyat tərzi barədə ətraflı söhbətlər aparıblar.
Görüş interaktiv şəkildə keçib, iştirakçılar onları maraqlandıran suallar verərək mütəxəssislərlə açıq müzakirələr aparıblar.

