Gəncə Dünya Məktəbinin şagirdləri Gəncə Beynəlxalq Xəstəxanasını
Gəncə Dünya Məktəbinin şagirdləri Gəncə Beynəlxalq Xəstəxanasını ziyarət ediblər.
Səfər zamanı onlar müasir tibb müəssisəsinin fəaliyyət prosesi ilə yaxından tanış olublar.
Şagirdlər xəstəliklərin diaqnostikası və müalicəsində istifadə olunan qabaqcıl tibbi texnologiyaları müşahidə edərək, həkim və tibb işçilərinin gündəlik fəaliyyətini yerində izləyiblər. Ziyarət çərçivəsində onlar laboratoriya, qan bankı, qanalma, radiologiya, kardiologiya və oftalmologiya şöbələrində də olublar. Burada şagirdlər müxtəlif tibbi avadanlıqların iş prinsipi və müalicə üsulları barədə ətraflı məlumat alıblar.
Bu təcrübə şagirdlərə tibb sahəsinin real iş prinsiplərini öyrənmək, nəzəri biliklərini praktik mühitdə tətbiq etmək imkanı yaradıb. Eyni zamanda, səfər onların komanda işi, məsuliyyət və cəmiyyətə xidmət anlayışlarını daha dərindən dərk etməsinə şərait yaradıb.
bizi seçdiyiniz üşün təşəkkür edirik

