Bu gün – 1 Dekabr, Ümumdünya QİÇS-lə Mübarizə Günü münasibətilə
Bu gün – 1 Dekabr, Ümumdünya QİÇS-lə Mübarizə Günü münasibətilə, Gəncə Beynəlxalq Xəstəxanası və ASAN Xidmətin birgə təşkilatçılığı ilə gənclər üçün maarifləndirici təlim keçirilmişdir.
Təlimdə iştirak edən həkimlər
- Terapevt, Daxili Xəstəliklər üzrə Uzman – Dr. Amil Rəhimli
- Mövzu: HİV/QİÇS haqqında əsas məlumatlar, risk faktorları və müasir müalicə imkanları
- Qastroenteroloq-Hepatoloq, Endoskopist – Dr. Ülvi Maçanov
Mövzu: HİV-in orqanizmə təsiri, immun sisteminin zəifləməsi və düzgün müayinə–nəzarətin vacibliyi
Uroloq-Androloq – Uzm. Dr. Zəmin Həşimov
Mövzu: Cinsi yolla keçən infeksiyalardan qorunma və reproduktiv sağlamlıq
Mama-Ginekoloq – Dr. Fəridə Əsədova
Mövzu: Qadın sağlamlığı, HİV-in ana və uşaq sağlamlığına təsiri və risklərin qarşısının alınması
Təlimin əsas məqsədi - gənclər arasında məlumatlılığı artırmaq, sağlam davranışları təşviq etmək və QİÇS-ə qarşı maarifləndirməni gücləndirməkdir.
Sağlam gələcək - düzgün məlumatdan başlayır.


