Ginekologiya

01.12.2025Tədbirlər və layihələr

1 dekabr dünyada QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) ilə

1 dekabr dünyada QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) ilə Mübarizə Günü kimi qeyd olunur. Bu günün məqsədi İİV/QİÇS barədə ictimai məlumatlılığı artırmaq, profilaktik tədbirlərə diqqəti yönəltmək və İİV ilə yaşayan insanlara dəstək göstərməyin vacibliyini vurğulamaqdır.

İİV-in erkən aşkarlanması və vaxtında müalicəyə başlanması xəstəliyin gedişatının nəzarətdə saxlanmasında mühüm əhəmiyyət daşıyır. Cəmiyyətin hər bir üzvünə könüllü və anonim testlərdən keçmək, həmçinin təhlükəsiz davranış qaydalarına əməl etmək tövsiyə olunur.

Daha sağlam gələcək naminə maariflənək, məsuliyyətli davranaraq mübarizəyə birlikdə töhfə verək.

QİÇS NƏDİR?

QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) immun sistemini demək olar ki, tamamilə məhv edən, bədəninizi ən sadə infeksiyalar qarşısında belə müdafiəsiz qoyan ağır və həyati təhlükəli bir vəziyyətdir. HİV virusu vaxtında aşkar olunmaz və müalicə edilməzsə, immun hüceyrələri tədricən məhv olur. Nəticədə adi soyuqdəymə belə ağırlaşa, ən kiçik infeksiya həyati təhlükə yarada bilər. QİÇS mərhələsinə çatdıqda bədən artıq təhlükələrə qarşı praktiki olaraq müdafiəsizdir. Bu mərhələ geri dönüşü olmayan, öz-özünə sağalmayan bir vəziyyətdir.

QİÇS-dən qorunmaq üçün həyati vacib addımlar

Qanla təmasdan uzaq durmaq - steril olmayan iynə, şprislər, tatuirovka və pirsinq alətlərindən istifadə etməmək.

Mütəmadi HİV testləri - erkən aşkarlamaq və müalicəyə vaxtında başlamaq həyati önəmlidir.

Hamiləlik zamanı nəzarət - HİV müsbət olan analar dərhal müalicəyə başlayaraq uşağa virusun keçməsinin qarşısını ala bilərlər.

Qoruyucu müalicələr - PEP (riskli təmasdan sonra) və PrEP (risk qrupunda əvvəlcədən) həyat qurtara bilər.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.