Damar cərrahiyyəsi və flebologiya

07.09.2023Sağlamlıq məqalələri

Ürək və Damar Cərrahı Op. Dr. Ümid Mahmudov tərəfindən icra edilir

Ürək və Damar Cərrahı Op. Dr. Ümid Mahmudov tərəfindən icra edilir

Radiofrekans Ablasiya nədir?

Radiofrekans Ablasiya ayaq damarlarının genişlənməsinin müalicəsində yüksək texnologiyalı bir prosedurdur. Bu üsul patoloji olaraq genişlənmiş varikoz damarların qan dövranı sistemindən çıxarılmasına yönəldilmişdir. Bu metodun mahiyyəti ondan ibarətdir ki, daha sonra varikoz genişlənmiş damarların təkrar inkişafı baş vermir.

Prosedur ortalama olaraq 30-60 dəqiqə davam edir (bu müddət təsirlənmiş damarın uzunluğuna görə dəyişir). Kateterin giriş nöqtəsi yapışan bandla mühafizə olunur. Prosedurdan dərhal sonra ayaqlar elastik bintlərlə sarınmalıdır və ya sıxılma trikotajdan istifadə olunmalıdır.

Radiofrekans Ablasiyasının üstünlükləri hansılardır?

Ambulatoriya əsasında aparılır;

Sürətli bərpa müddəti;

Ümumi anesteziya tələb etmir;

Pasiyent rahat hərəkət edə bilər;

Pasiyent əməliyyatdan dərhal sonra xəstəxanadan çıxa bilər.

Ümumiyyətlə, Radiofrekans Ablasiyası varikoz genişlənmiş damarların müalicəsinin təhlükəsiz metodlarına aiddir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.