Elektrostimulyasiya- impulslu cərəyan vasitəsi ilə orqan və
Elektrostimulyasiya- impulslu cərəyan vasitəsi ilə orqan və toxumaların funksiyasının bərpa edilməsi və aktivliyinin artırılmasıdır. Cərəyanın tezliyinin artıb azalması nəticəsində hüceyrə membranında ionların konsentrasiyasının ani olaraq kəskin dəyişməsi hüceyrənin oyanma qailiyyətinin dəyişməsinə səbəb olur.
Elektrostimulyasiya əzələnin atrofiyasını bərpa edir, yıgılma qabiliyyətini, tonusunu, iş qabiliyyətini artırır. Sinir toxumasının keçiriciliyini bərpa edir, hərəki aktivliyini artırır. Belə ki, impulslu cərəyanın damar geniş̧ləndirici təsiri nəticəsində toxumada qan və limfa dövranı yaxşılaşır, mübadilə sürətlənir, anaerob qlikoliz və oksidləşmə-bərpa prosesləri güclənir. Toxumanın qidalı maddələrlə təhcizatı artır, parçalanma məhsullarının daş̧ınması sürətlənir. Gemoqlobinin, qlikogenin, kreatininfosfatın miqdarı artır, zülalların parcalanması azalır.
GÖSTƏRİŞLƏR: Mərkəzi və periferik tipli parezlər, poliradikulonevritlər, neyropatiyalar, pleksitlər, nevritlər, atrofiyalar, onurğa sütununun travmaları, oynaq xəstəlikləri, ostexondroz, dismenoreyalar, amenoreyalar və s.
