Ginekologiya

08.05.2023Sağlamlıq məqalələri

Osteoporoz – sümük toxumasının həcminin azalması ilə müşayiət edilən

Osteoporoz – sümük toxumasının həcminin azalması ilə müşayiət edilən xəstəlikdir. Bunun nəticəsində xəstəlik zamanı sümüklər daha kövrək olurlar.

Bu isə hətta kiçik zərbə və travmalar nəticəsində onların asanlıqla sınmasına səbəb olur. Qadınlar bu xəstəliyə kişilərdən bir neçə dəfə artıq hallarda düçar olurlar.

⏬Osteoporozun baş verməsinin əsas təhlükə (risk) faktorları aşağıdakılardır

  • Əsas faktor yaşdır – yaşın 65-dən artıq olması;

Uşaqlıq və ya yumurtalığın olmaması.

Genetik meylliyin olması;

Aybaşının vaxtından qabaq kəsilməsi;

Kofe və kofe tərkibli içkiərin qəbul olunmasının həvəskarı olmaq, siqaret çəkilməsi, spirtli içkilərin qəbul edilməsi və s;

Az həkətli həyat tərzi də osteoparozun inkişaf etməsi üçün ciddi təhlükə faktorudur.

Onu da qeyd etmək lazımdır ki, hətta ən tarazlaşdırılmış pəhriz qaydalarına əməl edildikdə belə, həyatın müəyyən dövrlərində (sümüklərin aktiv böyüməsi, hamiləlik, laktasiya, menofasilə dövrü) əlavə olaraq kalsium preparatları (yaşa uyğun dozalarda – həkim tərəfindən müəyyən edilir) qəbul etmək vacib hesab edilir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.