Kardiologiya

04.05.2023Sağlamlıq məqalələri

Miokardit – ürəyin əzələ qişasının ağır iltihabi xəstəliyidir

Miokardit – ürəyin əzələ qişasının ağır iltihabi xəstəliyidir, kardiomiositlərin nekrozu ilə nəticələnir.

Xəstəliyin inkişafı 2 əsas mexanizmdən biri ilə təyin olunur:

  • İnfeksion və ya digər karditoksok agentin təsiri ilə kardiomiositlərin birbaşa zədələnməsi

İnfeksion və ya digər kardiotoksik agentə qarşı baş vermiş autoimmun reaksiya ilə kardiomiositlərin zədələnməsi

Səbəbləri

Qeyri-infeksion səbəblərə kardiotoksinlər, bəzi sistem pozğunluqlar və bəzi dərman maddələri (hiperhəssaslıq reaksiyasının törətdiyi miokardit) aiddir.

Klinik əlamətlər

Minimal simptomlar və ya ildırımsürətli ürək çatmamazlığı və ölümlə nəticələnən aritmiyalar görülə bilər. Simptomlar miokarditin etiologiyasından, həmçinin, miokardın zədələnmə dərəcəsindən asılıdır.

Xəstələrdə yorğunluq, təngnəfəslik, ödem, döş qəfəsində ağrılar olur. İşemik ağrıdan fərqli olaraq, hərəkət, öskürək, tənəffüs və ya udma perikardit ağrısını gücləndirir.

İnfeksion mənşəli miokarditdə bədən temperaturunun yüksəlməsi, əzələ ağrıları müşahidə olunur.

Miokardit gedişinə görə kəskin, yarımkəskin və xronik olur. Bəzi hallarda ürək boşluqlarının böyüməsi (dilatasion kardiomiopatiya) ilə nəticələnir.

Diaqnostikası

Elektrokardioqramma, exokardioqramma, qanın laborator analizi yoxlanmalıdır. “Qızıl standart“ metod endomiokardial biposiyadır, lakin mənfi nəticə xəstəliyi inkar etmir. EMB-nın riskli ağırlaşmaları var, miokardın yırtılması və ölüm baş verə bilər, bu səbəbdən rutin olaraq icra edilmir, əsasən ildırımsürətli ürək çatmamazlığında yoxlanılır.

Digər müayinələr etioloji xarakter daşıyır: qanın biokimyəvi analizi və əkilməsi, autoimmun xəstəliyin təyini, HİV analizi, streptokokk və Koksaki viruslarına qarşı antitellərin təyini və s.

Miokarditin müalicəsi

  • Ürək çatmamazlığı və aritmiyaların müalicəsi
  • Əsas xəstəliyin müalicəsi

Miokarditin proqnoz ümumiyyətlə pisdir. Həkimə erkən müraciət etdikdə müalicə nəticə verə bilər.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.