CPM cihazı dayaq hərəkət sisteminin zədələnmələrində, oynaq, sümükdə
CPM cihazı dayaq hərəkət sisteminin zədələnmələrində, oynaq, sümükdə aparılan əməliyyatlardan sonrakı dövrün bərpa etaplarında, kontrakturalarda, oynaq ağrılarında tətbiq edilən yüksək effektli metoddur.
Bu cihazın köməyilə müxtəlif səbəblərdən öz funksiyasını itirmiş oynağın hərəkətinin bərpası mümkündür.
CPM cihazı uzun müddət və təkrarlanan kontrol oluna bilən hərəkət diapazonundan istifadə edərək oynaqların hərəkət həcmini inkişaf etdirir. Gündəlik terapiya oynağın məhdudlaşmış hərəkətliliyini yaxşılaşdırır və bütün bərpa dövrü ərzində oynaqların təhlükəsiz hərəkətliliyini təmin edir ki, bu da əməliyyatdan sonra ağrıları azaltmağa və iltihab riskini minimuma endirməyə kömək edir.


