22 Oktyabr tarixdə Gəncə şəhərində Azərbaycan Respublikası Səhiyyə
22 Oktyabr tarixdə Gəncə şəhərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Elmi- Tədqiqat Tibbi Bərpa İnstitutu və Azərbaycan Fizioterapiya və Reabilitasiya Assosasiyası, Milli Nevroloqlar Assosasiyasının birgə təşkilatçılığı və Gəncə Beynəlxalq Xəstəxanasının dəstəyi ilə keçirilən "İnsult Keçirmiş Xəstələrin Reabilitasiyasına Yeni Yanaşma" adlı elmi - praktik konfrans keçirilib.
Konfransın mahiyyəti insult keçirmiş xəstələrin müalicə və reabilitasiyasına olan ən son elmi praktik məlumatların region həkimlərinə( nevroloqlar, fizioterapevtlər,ailə həkimləri) çatdırılmasından ibarət olub.
Bu məqsədlə problemin müxtəlif sahələrinə həsr olunmuş məruzələr təqdim olunub.
Elmi- Tədqiqat Tibbi Bərpa İnstitutunun Direktoru, Gəncə Beynəlxalq Xəstəxanasının Fizioterapiya və Tibbi Reabilitasiya Mərkəzinin rəhbəri .ü.f.d, Fizioterapevt-Reabilitoloq Pərvin
Əkbərov "Azərbaycanda İnsultun reabilitasiyasının təşkili" mövzusunda, institutun elmi işlər üzrə direktor müavini, professor Sədaqət Hüseynova " İnsultdan sonra reabilitasiyaya yeni yanaşmalar" mövzusunda və digər elmi işçilər, həkimlər öz mövzularında müasir dövrdə Azərbaycanda dünya protokolları üzrə ən son məlumatları məruzə ediblər.
Konfransa Azərbaycanın müxtəlif bölgələrindən həkimlər də qatılıblar.


