23.08.2021Sağlamlıq məqalələri

Hər bir Qadın, 21 yaşından yuxarı (çinsi həyatı olan) 3 ildən bir Pap Smear Testini…

Hər bir Qadın, 21 yaşından yuxarı (çinsi həyatı olan) 3 ildən bir Pap Smear Testini verməyə unutmasın!

PAP-SMEAR testi (Papanicolau Smear Test) nədi? - uşaqlıq boynu xərçənginin erkən mərhələdə aşkar olunması üçün istifadə olunan bir müayinə üsuludur.

PAP- SMEAR testi vaginal və servikal kanalda patoloji proses törədən hüceyrələri təyin etmək məqsədilə istifadə edilir. Qadınlar üçün xərçəngönü dəyişikliklər və ya erkən mərhələdə servikal xərçənginə diaqnoz qoymaq üçün təkrar təyin edilən araşdırma testidir. Serviks, yəni uşaqlıq boynunda olan hüceyrələrin, anormal bir formada inkişaf edib-etmədiyini təsbit etmək və bu nahiyədə hər hansı bir infeksiyanın mövcud olub-olmamasını meydana çıxartmaq məqsədilə istifadə olunmaqdadır.

Uşaqlıq boynu xərçənginə görə skrininq ənənəvi və ya maye-əsaslı PAP- SMEAR testi ilə aparıla bilər.

Ənənəvi PAP- SMEAR testi uşaqlıq yolu və uşaqlıq boynundan xüsusi fırça ilə götürülmüş və laborator əşya şüşəsinə yerləşdirilərək kimyəvi fiksasiya olunmuş hüceyrələrin müayinəsindən ibarətdir. Ənənəvi Pap-test üçün götürülümş nümunə HPV testi üçün istifadə edilmir. HPV testi üçün uşaqlıq boynundan hüceyrə nümunələri ayrıca götürülməlidir.

Maye-əsaslı PAP- SMEAR testi (və ya nazik qatlı) sitoloji müayinə üçün hüceyrə nümunəsi yuxarıda təsvir edilmiş metodikaya uyğun götürülür. Lakin götürüldükdən sonra həmin hüceyrələr daşınma üçün maye əsaslı mühitə yerləşdirilir. Həmin nümunələrin HPV-yə yoxlanması da mümkündür.

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə