D vitamini insanın sağlamlığı üçün ən vacib vitaminlərdən biridir
D vitamini günəş şüalarının təsirindən orqanizmdə (dəridə) sintez olunur. D vitamini kalsiumun orqanizmdə sovrulmasına və sümük toxumasının hüceyrələrinə daxil olmasına kömək edir. Kalsium bizim sümüklərimizin əsas "tikinti materialıdır". Beləliklə, D vitamini sümüklərimizi möhkər edir. Bu vitaminin çatışmazlığı isə sümüklərin daha kövrək və zəif olmasına səbəb olur.
⏬Vitamin D defisitinin səbəbləri
- D vitamini ilə zəngin qidalardan istifadə etməmək
- D vitamininin metabolizminin olmaması
- Genetik xəstəliklər
- Günəş işığında yetərli zaman keçirməmək
Hamiləlik və əmizdirmə dövründə qadın orqanizmində vitamin D-ə tələbat yüksələrək, defisit müşahidə oluna bilər və s
⏬Vitamin D defisitinin simptomları
- Osteomalyasiya adlanan yetkinlik dövründə yaranan sümük xəstəliyi
- Sümük və əzələ ağrıları ,sümüklərin tez qırılması
- Sümük metabolizminin inkişaf etməməsi
- Yuxu pozğunluqları
- Günün bütün saatlarında xroniki yorğunluq
Əhval-ruhiyyənin dəyişkən olması.
Körpələrdə və uşaqlarda əzələlərdə zəiflik və sümük deformasiyasına səbəb olan raxitlik
İmmunitetin yaxşı işləməməsi nəticəsində xəstəliklərlə mübarizənin zəifləməsi
Artıq çəkililik
Alzeimer xəstəliyinə səbəb yaradır və s.
⏬Vitaminin D-nin diaqnostikası
Venoz qanda Vitamin D-nin müayinəsinə əsaslanır.
Müayinəni aparan Həkimlər
- Həkim Endokrinoloq – Dr. Şəhla Verdiyeva
- Daxili Xəstəliklər Uzmanı – Uzm. Dr. Amil Rəhimli