21.01.2021Kampaniya arxivi

4⃣5⃣ Azn Mammoqrafiya Müayinəsi Radioloq Dr. Günel Pirverdiyeva

Arxiv: bu təklif paylaşım tarixində qüvvədə idi. Hazırkı qiymət və şərtlər fərqli ola bilər.

Mammoqrafiya Müayinəsi Radioloq Dr. Günel Pirverdiyeva Tərəfindən İcra Edilir.

Son zamanlar süd vəzi xərçəngi ən çox yayılan xəstəliklər siyahısına daxil olub. Bu xəstəliyin diaqnostikasında mammoqrafiya müayinəsi əvəzolunmazdır. Süd vəzi xəstəliklərinin və əsasən də xərçəngin erkən diaqnostikasında mammoqrafiya müayinəsi qızıl standart sayılır.

Mammoqrafiya müayinəsinə göstərişlər

  • Mastopatiya
  • Süd vəzinin xərçənginin diaqnostikası
  • Punksion biopsiya olunması üçün yerin düzgün təyin olunması
  • Qeyri-xərçəng xəstəliklərinin diaqnostikaları
  • Ptrotezləşdirdikdən sonra süd vəzisində meydana çıxan • fəsadlar

Süd axarlarının diaqnostikası və s.

Müayinədən öncə nə etməli?

Həmin gün süd vəzi, sinə, qoltuqaltına dezodorant, losyon, talk, krem çəkmək olmaz. Bunlar mammoqrafiyada ləkə kimi görünəcək.

Əgər müayinə zamanı süd vəzisi çox sıxılıb, ağrıyırsa, dözməyin, dərhal həkimə deyin.

Mammoqrafiya menstrual tsiklin 5-12-ci günlərində olunur, bu ərəfədə süd vəziləri daha yumşaq olur.

Kimlərə olmaz?

40 yaşa qədər qadınlara (həkim göstərişi olmadan)

Hamilələrə

Südverən qadınlara (medicina)

Müayinədən sonra çəkilən görüntülər CD-diskinə yazılaraq xəstəyə təqdim edilir.

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə