BUD-Çanaq Oynağı USM 21 AZN Bəzən uşağın doğulması vaxtına gədər onun
Arxiv: bu təklif paylaşım tarixində qüvvədə idi. Hazırkı qiymət və şərtlər fərqli ola bilər.
Bəzən uşağın doğulması vaxtına gədər onun bud-çanaq oynağı tam inkişaf etmir. Bu zaman uşaqda bud-çanaq oynağının displaziyası, anadangəlmə yarımçıxığı və tam çıxığı baş verə bilər. Bu 3 hal oynağın nə dərəcədə inkişaf etməməsi ilə bir-birindən fərqlənir. Bunlardan ən təhlükəlisi - anadangəlmə bud çıxığıdır. Vaxtında aşkar edilib müalicə olunmadığı hallarda bu çıxıq tam əlilliyə səbəb ola bilər.
Bud-çanaq oynağı patologiyaları ortoped tərəfindən bir sıra əlamətlərə görə təsdiqlənir: uşaqda sagrı büküşlərinin qeyri-simmetrik olması, budların yanlara doğru kifayət qədər açılmaması (normada körpənin dizdən bükülmüş ayaqları yan tərəflərə 80-900 qədər aralanmalıdır), ayaqlardan birinin o birindən qısa olması, pəncənin bayıra tərəf meyllənməsi və s.
Bəzi hallarda uşaqlarda bud cıxığı, demək olar ki, heç bir xarici əlamətlə özünü büruzə verməyə də bilər. Həyatının 1 ayında hər bir uşaq həkim-ortopedin müayinəsindən keçirilməlidir, təcrübəli həkim patologiyanın olmasını hətta kiçik bir əlamətin əsasında təyin edə bilər. Əgər müayinə zamanı uşaqda hər hansı bir patoloji halın olmasına şübhə yaranarsa, diaqnozun təstiqlənməsi üçün uşaq rentgen və USM-dən keçməli olur.
Qeyd edilən bu patologiyalar üzrə ən güzgün nəticəni 3 ay tamamında aparılar rentgen müayinəsi verir. Valideynlər uşağın "şüalanmasından" qorxmamalıdırlar, çünki onun dozası minimal olur və körpəyə heç bir ziyan vermir.
Əksər hallarda bud-çanaq oynagının displaziyası, budun anadangəlmə yarımçıxığı və tam çıxığı tam şəkildə müalicə olunur. Lakin diaqnoz gec qoyulduqda, müalicə düzgün və mütəmadi aparılmadıqda, 2-3 yaşından sonra uşağı əlillikdən qurtarmağın yeganə üsulu olan mürəkkəb və travmatik cərrahi əməliyyatdan istifadə olunur.
Unutmayın ki, bəsit bir ultrasəs müayinəsi ilə diaqnostika, uşaqların həm gələcək fiziki inkişafına əngəl təşkil edən bu xəstəliyin fəsadlarının qarşısını almış olar, həm də müalicə metodunu asanlaşdırar.
Çanaq

