Gəncə Beynəlxalq Xəstəxanasının tərəfdaşı olduğu “Region gənclərinin
Gəncə Beynəlxalq Xəstəxanasının tərəfdaşı olduğu “Region gənclərinin 1-ci Tibb Məktəbi Layihəsi”nin ikinci günü də uğurla davam edib. Layihənin ilk günündən Gəncə Beynəlxalq Xəstəxanasının həkimləri region gənclərinin tibbi biliklərinin artırılmasına dəyərli məsləhətləri ilə dəstək olublar.
Keçirilən təlimlər layihə iştirakçılarının böyük marağına səbəb olub.
Geniş diskussiya şəraitində keçən təlim mövzunu daha dərindən mənimsəməkdə gənclərə yardım edib.
Xəstəxananın Reanimasiya və Əməliyyatxana bölməsinin rəhbəri Anestezioloq - Reanimatoloq Dr. Cavid Səfərli - İlk Tibbi Yardım.
Aylım Karakuş - Şəxsi və əl gigiyenası.
