Dermatovenerologiya

29.02.2020Tədbirlər və layihələr

24.02.2020 tarixində Gəncə Beynəlxalq Xəstəxanasının tərəfdaşı olduğu

24.02.2020 tarixində Gəncə Beynəlxalq Xəstəxanasının tərəfdaşı olduğu 5 gün ərzində davam edən “Region gənclərinin 1-ci Tibb Məktəbi Layihəsi”nin açılışı olub.

Region gənclərinin tibbi biliklərinin artırılmasını, layihənin ünvanlandığı gənclər qrupunun respublikamızda dövlətin tibbi sahəyə ayırdığı diqqətlə bağlı məlumatlandırılmasını qarşısına məqsəd qoyan layihənin ilk günündən Gəncə Beynəlxalq Xəstəxanasının həkimləri dəyərli məsləhətləri ilə iştirakçılara dəstək olublar.

Keçirilən təlim iştirakçıların böyük marağına səbəb olub, verilən ətraflı məlumatları iştirakçılar razılıqla qarşılayıblar. Mövzu ətrafında geniş diskussiya şəraitində keçirilən viktorinalar layihə iştirakçılarına bəhs edilən mövzunu daha dərindən mənimsənilməsinə yardım edib.

Layihə Rəhbəri - Ruslan Vəliyev

Baş Direktorun müavini Doğan Karakuş - Azərbaycanda Tibb Təhsilinin rolu.

Keyfiyyətə Nəzarət şöbəsinin meneceri Fidan Tağıyeva - Azərbaycan səhiyyə sistemində bir ilk olaraq JCI Standartları və xəstəxana sektorunda keyfiyyətin idarəedilməsi, göstərilən xidmətin keyfiyyətinin dəyərləndirilməsi, beynəlxalq xəstə təhlükəsizliyi hədəfləri, xəstə və işçi məmnuniyyəti.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.