Fizioterapiya və tibbi reabilitasiyaFizioterapiya və tibbi reabilitasiya

29.05.2020Xidmət və avadanlıq

Fizioterapiya Və Tibbi Reabilitasiya Mərkəzi ⬇ Sağlam həyat sağlam

Fizioterapiya Və Tibbi Reabilitasiya Mərkəzi

Sağlam həyat sağlam idmanın nəticəsidir. İnsanların müalicəsində aktiv terapiyanın rolu böyükdür. Fiziki məşğələlər bir çox xəstəliklərin müalicəsinə müsbət təsir edir. Sağalma mərhələsində bir çox xəstəliklər zamanı fiziki məşğələlərin tətbiqi əmək qabiliyyətinin bərpa olunmasını tezləşdirir. İstənilən xəstəlik zamanı insanın hərəkətliliyi azalır ki, bu da beyin qabığının fəallığının və qazanılan şərti refleksların azalmasına gətirib çıxarır. Fiziki məşğələlər zamanı əzələ, vətər, bağ, dəri, göz, qulaqlar, müvazinəti saxlamağa xidmət edən orqanlar, eləcə də ürək, damar, ağ ciyər və hərəkət aktını təmin edən başqa orqanlardan beyin qabığına çoxlu siqnal gəlir. Bu yolla beyin qabığında və beynin başqa hissələrində patoloji refleksların sıxışdırılmasına, həyat üçün vacib olan yeni refleksləri yaradan və ya sönən reflekslərin bərpasına xidmət edən yeni oyanma ocaqları yaranır.

Uzun müddət və sistemli şəkildə aparılan fiziki məşğələlərin təsiri altında və yüklənmənin ardıcıl çoxaldılmasına ciddi riayət edilməsilə orqanizmdə xoş biokimyəvi oyanmalar baş verir. Fiziki məşğələlərin xəstəlik barədə sarsıdıcı fikirlərdən yayınmağa xidmət edən müsbət təsirini, xəstədə fəallığı artırdığını, tezliklə sağalacağına ruhlandırdığını qeyd etmək olar. Əzələ hərəkəti Mərkəzi Sinir Sisteminə təsir edərək beyin qabığının oyanmasına müsbət təsir göstərir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.