Stomatologiya

30.03.2020Sağlamlıq məqalələri

Evdə qalma zamanı immuniteti necə gücləndirmək olar?

Son günlər dünyanı cənginə alan koronavirus, xəstəliyə tutulan insanlar arasında daha çox immun sistemi zəif olanların dünyasını dəyişməsi immuniteti gücləndirməyin nə qədər vacib olduğunu bir daha gündəmə gətirir.Orqanizmin xəstəliklərlə mübarizə aparması üçün ilk öncə immun sistemi güclü olmalıdır. İmmun sistemi insan orqanizmini müxtəlif mənşəli infeksiyalardan qoruyur, zədələnən və qocalmış hüceyrələri əvəz etməklə məşğul olur.

Bəs necə etmək lazımdır ki, orqanizm xəstəliklərə az məruz qalsın və tutulduqda da onları rahat keçirsin?

Bunun çarəsi çox yeməkdə, çox yatmaqda deyil, orqanizmin xəstəliklərə qarşı müqavimət gücüni artırmaqdadır.

Birinci növbədə immun sistemi zəiflədən yeməkləri tanıyıb onlardan imtina etmək lazımdır. Bunlara ağ çörək, şirniyyatlar, çipslər, qazlı içkilər, konserv məhsulları, bişirmə zamanı yanmış yeməklər aiddir. Ümumiyyətlə, imkan daxilində təbii ərzaqlara üstünlük verilməlidir, sənaye üsulu ilə hazırlanmış qidaların tərkibindəki qatqılar immunitetə mənfi təsir edir.

Hər yemək qəbulundan əvvəl meyvə, salat və tərəvəzlərin qəbulu, hər dəfə yalnız 1 növ yeməyin yeyilməsi və qida məhsullarının bir-birinə qarışdırılmaması önəmlidir. Ət yeməklərini çox yeməyə vərdiş etməyin. Yemək zamanı göyərtilərdən, soğandan, sarımsaqdan bol istifadə edin. Meyvəni ya yeməklərdən yarım saat əvvəl, ya da 2 saat sonra yeyin. Yeməkdən sonra ya 1 stəkan qatıq, ya da kefir içməyə vərdiş edin, bu, bağırsaq mikroflorası üçün önəmlidir.

Mövsümi meyvələri bol-bol yeyin, infeksion xəstəlik yayılmış yerlərə getməyin.

İmmunitetin ən əsas düşmənlərindən biri də əsəb gərginliyidir. Özünüzü əsəb və stresdən qoruyun.

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə