Evdə qalan zaman, hərəkətsiz qalmayın
Dünyanı bürüyən yeni koronavirus (COVİD-19) təhlükəsindən uzaq olmaq üçün insanlar evdə qalmaq məcburiyyətindədirlər.
Vətəndaşlar evdə qaldıqları müddət boyu vaxtlarını səmərəli keçirməli, ən başlıcası isə sağlam həyat tərzindən uzaq düşməməlidirlər.
Unutmayın ki, hərəkətsiz çox vaxt keçirmək səhhətimizdə problemlər yarada bilər. Xəstəlikdən qorunmaq və əngəlləmək üçün idmanın çox böyük əhəmiyyəti var. Nizamlı qaydada idman edin. Nizamlı məşq etmək immunitet sistemini qüvvətləndirir, viruslarla və bakteriyalarla mübarizəni təmin edir.
Gəlin, evdə olduğumuz müddətdə bu şansdan istifadə edək və sağlamlığımızın qeydinə qalaq.
