Uşaq cərrahiyyəsiUşaq cərrahiyyəsi

27.11.2019Sağlamlıq məqalələri

Yeni doğulmuş uşaqlarda sünnət

Oğlan uşağın cinsi orqanının uc hissəsini örtən sünnət dərisinin (prepisyumun) cərrahi əməliyyat ilə götürülməsi hadisəsi “sünnət” adlandırılır. Əlavə problem olmadıqda yeni doğulan uşağın sünnət edilməsi ilk seçim olmalıdır.

Yeni doğulan körpənin sünnəti üçün müxtəlif üsullar olmasına baxmayaraq, tikişsiz edilən plastibell sünnətinə üstünlük verilir. Yeni doğulan körpənin sünnət edilməsi üçün zaman olaraq isə ilk 24 saatdan sonrakı dövr seçilir. Beləliklə doğuşdan sonra xəstənin sünnət edilmiş olaraq xəstəxanadan çıxması baş verir. Bunun ən böyük üstünlüyü uşağın hələ ətrafında nələrin baş verməsinin fərqində olmadan əməliyyat edilməsidir. Böyüdükdən sonra sünnət əsnasında lokal olaraq anesteziya edilməsinə baxmayaraq, uşağın ayaqlarının tutulmasına reaksiya verməsi və narahatlıq keçirməsi müşahidə edilir. Bu səbəbdən sünnət əməliyyatını 28-ci günədək etmək məsləhət görülür.

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə