Pap Smear 50 Azn Pap Smear testi nədir?
Pap Smear testi nədir? Və nə zaman icra olunur?
Pap- smear testi və ya Papanikolau testi, uşaqlıq boynu və uşaqlıq yolundan götürülmüş hüceyrə nümunələrinin müayinəsindən ibarətdir. Pap-test zamanı adətən uşaqlıq boynunda qeyri-normal hüceyrələr təyin edilir.
Pap-test əsasında histoloq-həkim tərəfindən xüsusi sitoloji rəy verilir. Sitoloji rəy isə toxuma quruluşunu deyil, hüceyrələrin müayinəsinə imkan verir.
Pap-test daha çox yastı hüceyrə karsinomasının aşkar edilməsi üçün yüksək həssaslığa malikdir. Lakin adenokarsinomanın aşkar edilməsində Pap-testin həssaslığı nisbətən aşağıdır.
Uşaqlıq boynu xərçənginə görə skrininq ənənəvi Pap-test və ya maye-əsaslı Pap-test ilə aparıla bilər. Pap-test ilə skrininq hər 3 ildən bir aparılır. Pap-testin hər il aparılması isə uşaqlıq boynu xərçəngi hallarının aşkar edilməsinin yaxşılaşmasına az təsir göstərir.
