Uşaqlarda bədən temperaturunun aşağı düşməsi
Həyatımızda bədən temperaturunun qalxması ilə bağlı çox xəstəliklərin simptomları ilə qarşılaşırıq. Bu ümumi soyuqdəymədən başlayan və bütün digər sağlamlıq problemləri ilə bitən bir çox xəstəlik yüksək temperaturla müşayət oluna bilir.
Bədən istiliyinin aşağı olduğu hallara isə az rast gəlinir, yalnız bu vəziyyət heç də yüksək temperaturdan təhlükəliliyi ilə seçilmir və bədən istiliyinin 32 dərəcəyə qədər azalması insan ölümünə səbəb olur.
36.6 dərəcə bədən hərarəti orqanizm üçün normal temperatur hesab olunur. Baxmayaraq ki, bu rəqəm orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq fərqli ola bilər. 36 dərəcədən aşağı bədən temperaturu aşağı bədən temperaturu sayılır. Aşağı bədən istiliyinini simptom səbəbləri kimi zəifləmiş immun sistem və ya aşağı hemoqlobin, hər hansı bir tiroid xəstəliyi, müxtəlif zəhərlənmə, daxili qanaxma və ya həddən artıq bədən soyuq qəbul etməsi ola bilər.
Əgər bədən hərarəti bir neçə gün ərzində 35,5 C-dən aşağıdırsa, mütləq həkimə müraciət edib bunun səbəbini araşdırmaq lazımdır. Bəzən bu çox ciddi xəstəliklərin simptomu ola bilər.
Bu səbəbdən bu simptoma etinasız yanaşmayın və həkimə müraciət edin.
