Böyrək Kisti - Urologiya Bölməsinin Həkimi: Uzm. Dr. Zamin Həşimov
Əksər hallarda böyrək kistaları insana heç bir narahatçılıq gətirmir və USM zamanı təsadüfən aşkar olunur. Əslində bu kifayət qədər tez-tez rast gəlinən böyrək patologiyasıdır. Böyrək kistası daxilində sarımtıl maye olan xoşxassəli yumuru törəmədir.
Böyrək kistləri 2 qrupa ayrılır
- 1. Sadə kist ( bir və ya bir neçə kist olduğu zaman )
- 2. Polikistik böyrək ( sayılmayacaq qədər çox sayda kistlərin olması )
Sadə kistlər böyrəyin alt və ya üst kəsiyində sonradan yaranmış 2-3 mm dən 5-10 sm ölçüdə olan kistlərdir. Bu kistlərin yaranma səbəbi daha çox süzmə funksiyasının pozulması ilə bağlı geridə sidiyin toplanmasıdır. Sadə böyrək kistləri kiçik ölçüdə olduqları zaman çox hallarda heç bir əlamətlə özünü biruzə vermir, bəzən sadə bir chek-up məqsəqli ultrasəs müayinəsi zamanı aşkarlanır. Sadə kistlərin ölçüsü böyük olduğu hallarda qarın və böyürlərdə ağrı ola bilər.
Polikistik böyrək xəstəliyi: Bu xəstəlik daha çox genetik xəstəlik, sayılır. Ana və atadan uşaqlara genetik olaraq keçir, yəni daha çox uşaqlarda rast gəlinir. Kistlərin sayı və böyük olanların artmasına paralel olaraq böyrəyin sağlam toxuması getdikcə azalır. Daha çox böyrək çatışmamazlığı ilə nəticələnir. Polikistik böyrək problemi zamanı xəstəyə ani çəki itkisi, böyrək nahiyyəsində ağrı, sidikdə qan, hipertenziya ( yüksək qan təzyiqi ), baş ağrısı olur.
Əgər sizdə USM zamanı böyrək kistası aşkar olunubsa, mütləq uroloqa müraciət edin. Kistalar heç də ziyansız deyil. Kistalar çox ağır fəsadların inkişafına səbəb ola bilər.
Bu fəsadların arasında
- Böyrəkdə qan dövranın pozulması (böyrək toxumasının kista ilə sıxılması nəticəsində)
- Kistanın xərçəngə çevrilməsi
- Arterial hipertenziyanın inkişafı
- Böyrək çatışmazlığı
- Pielonefrit (böyrək iltihabı)
Kistanın irinlənməsi və yırtılması.
