PediatriyaPediatriya

05.11.2019Sağlamlıq məqalələri

Payız-qış mövsümündə yayılan xəstəliklərdən biri də bronxitdir

Payız-qış mövsümündə yayılan xəstəliklərdən biri də bronxitdir. Bronxit - bronxların selikli qişasının iltihabı xəstəliyidir. Adətən virus və ya bakteriya tərəfindən yaradılmış bir vəziyyətdir.

Bronxitin əsas əlaməti açıq, sarı, boz və ya yaşıl rəngli bəlğəmli öskürəkdir. Bəzi hallarda bəlğəmdə qan qarışığı olur. Digər əlamətlər boğazda ağrı və spazmalar hissiyyatı, tənəffüsün çətinləşməsi, xırıltı və azacıq hərarətin olmasıdır.

Bronxit uşaqlarda daha ağır keçir. Adətən azyaşlı uşaqlarda rast gəlinir. Xəstəlik mövsümü xarakter daşıyır, daha çox payız-qış və qış-yaz aylarında aktivləşir.

Valideynlərə, ümumiyyətlə, bu xəstəliyə tutulanlara bronxitin ilkin əlamətlərini gördüyü halda həkimə müraciəti etmək tövsiyə olunur. Bronxitin müalicəsi yalnız həkim tərəfindən aparılmalıdır.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.